İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2026-cı ilin Mülıki müdafiə tədbirləri planı çərçivəsində Xidmətin İnzibati binasının həyətində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin xəbardar edilib toplanmasının təşkili” mövzusunda təlim məşqi keçirilib. Təlimdə Xidmətin mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti daxil olmaqla ümumilikdə 40 nəfər iştirak edib.
Xidmətin Mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov bildirib ki, toplantının keçirilmə məqsədi fövqəladə hallar zamanı əməkdaşların çevik davranışlarının təkmilləşdirilməsi, təhlükəsiz və vaxtında müəyyən edilmiş əraziyə toplanması üzrə səriştə və vərdişlərinin artırılmasıdır.
Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və fərdi mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb.
Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.