İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» publik hüquqi şəxsin sahələrində içməli su təhlükəsizliyinin etibarlılığının təmin edilməsi məqsədi ilə hər il AZS 929:2023 «İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət» dövlət standartının tələblərinə əsasən Mərkəzi və məhəllədaxili su anbarları, su çənləri ildə bir dəfədən az olmayaraq mexaniki çöküntülərdən təmizlənməsi və zərərsizləşdirilməsi (dezinfeksiyası) üçün Su anbarlarının yuyulması və zərərsiləşdirilməsi Planı tərtib edilir, təsdiqlənir və Səhiyyə Nazirliyinin «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» publik hüquqi şəxsi ilə razılaşdırılır. Plana əsasən «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» PHŞ-in Bakı Sukanal İdarəsinin anbar yuma bölməsinin və eyni zamanda yerli Sukanal İdarələrinin əməkdaşları tərəfindən tərəfindən «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» PHŞ-in sanitar həkiminin iştirakı ilə su anbarları, su çənləri yuyularaq zərərsiləşdirlir və istismarı davam edir.
Eyni zamanda, içməli suyun şəbəkədə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə emal qurğularında, o cümlədən mərkəzi su anbarı və nasos stansiyası ərazislərində mövcud zərərsiləşdirmə (xlorlama) qurğuları vasitəsi ilə içməli su zərərsiləşdirlir