Standartlar və göstəricilər

Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri 

“İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartına uyğun təyin edilib. 2023-cü ilin aprel ayında təsdiqlənmiş yeni standart BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən hazırlanıb. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub.

Azərbaycan Respublikası üzrə tullantı sulara dair tələblər

2024-2027-ci illərdə «Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinin, həmçinin «Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın 24,06,2024-cü il tarixində keçirilmiş 52-ci iclasının Protokolunda qeyd olunmuş «Ölkə ərazisində təmizlənmiş tulantı sularının təkrar istifadəsi ilə bağlı keyfiyyət tələblərini müəyyən edən dövlət standartı layihəsinin işlənib hazırlanaraq təsdiq edilməsi» tapşırığının icrası, eləcə də su təchizatı, meliorasiya, irriqasiya sistemləri, yağış və tullantı sularının axıdılması sahəsində fəaliyyətlərin və xidmətlərin müasir tələblər əsasında tənzimlənməsinin prioritet xarakter daşıması nəzərə alınaraq, bu istiqamətdə normativ texniki bazanın gücləndirilməsi ilə əlaqədar AZS 983:2025 «Təmizlənmiş tullantı suların təkrar istifadəsi üzrə tələblər», AZS 984:2025 «Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər», AZS 985:2025 «Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirlmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət» dövlət standartları 08 dekabr 2025-ci il tarixindən təsdiqlərək qüvvəyə minmişdir.