"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi (İSST) Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. İSST Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki 5 publik hüquqi şəxsdən biridir, 6 iri şəhərə- Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvana xidmət göstərir.
İSST-nın fəaliyyəti müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etməkdir. İri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli, satışı, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat, digər məqsədlər üçün su ilə təmin olunması, yağış, tullantı sularının axıdılması xidmətləri də İSST-nin əsas fəaliyyət istiqmətini təşkil edir.
Bununla yanaşı, Xidmət balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirir, su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər görür, müvafiq sahənin inkişafına çalışr, Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
1 Yanvar 2026-ci il tarixinə olan məlumata əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi 1,325,519 abonentə su təchizatı və kanalizasiya xidməti göstərir. Bunların 1,264,115-i əhali, 61,404-i isə qeyri-əhali abonentləridir.
Xidmətin balansında 8300 km uzunluğunda su, 4496 km uzunluğunda kanalizasiya və yağış suları xətləri mövcuddur.
Hazırda respublikanın 6 şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur.