Su sayğacının işlək vəziyyətinin yoxlanılması (təmiri, dəyişdirilməsi və s.) üçün müraciətlərin qəbulu

26 Noyabr, 2025
🔻 Zəruri olan sənədlərin siyahısı:
▫️ Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi
⏳ Müddət: 15 gün
📎 Qeyd: Əhali abonenti yaşayış binalarının girişində, pilləkən qəfəslərində, həmçinin fərdi yaşayış evlərinin (həyətyanı sahəsinin hasarının) xaricində quraşdırılmış suölçən cihazın oğurlanması ilə bağlı daxili işlər orqanına müraciəti əsasında əldə etdiyi sənədi Mərkəzə təqdim etməlidir. Müraciət əsasında "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"-nin nümayəndəsi tərəfindən ünvana baxış keçirilərək suölçən cihazın yerində olmadığı öz təsdiqini taparsa yerində mövcud olmayan suölçən cihazın əvəzinə yeni suölçən cihazının quraşdırılma işləri "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"-nin vəsaiti hesabına təmin edilir. Digər hallarda isə suölçən cihaz və quraşdırılma işləri abonentin vəsaiti hesabına təmin edilir.
Qeyri-əhali abonentlərində suölçən cihazın oğurlanması ilə bağlı Mərkəzə müraciət olunduqda (suölçən cihazın oğurlanmasına dair daxili işlər orqanından əldə etdiyi sənədi təqdim etməklə) "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"-nin nümayəndəsi tərəfindən ünvana baxış keçirilərək suölçən cihazın yerində olmadığı öz təsdiqini taparsa, yerində mövcud olmayan suölçən cihazın əvəzinə yeni suölçən cihazın dəyəri və quraşdırma xərcləri abonentin vəsaiti hesabına aparılır. Ödəniş sifariş əsasında müəyyən edilir.
Suölçən cihaz abonent tərəfindən istismara yararsız hala salındıqda yeni suölçən cihazın dəyəri və quraşdırma xərcləri abonentin vəsaiti hesabına aparılır. Ödəniş sifariş əsasında müəyyən edilir.
☑️ “ASAN Kommunal” mərkəzlərinə, “ASAN Xidmət” mərkəzlərinə, Elektron su portalı (www.e-su.az) və elektron hökumət portallarına (e-gov.az), Kiçik və orta biznes evlərinə (KOB evləri) müraciət edə bilərsiniz.
🏛️ Nəzarət Ölçü Cihazları İdarəsi: (012) 433 16 01
📞 “955” Çağrı Mərkəzi (7/24)

Digər