Smart tipli sayğacın əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi

26 Noyabr, 2025
🔻 Zəruri olan sənədlərin siyahısı:
▫️ Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi
▫️ Abonent kodu
▫️ Əvəz edilmiş sayğacın smart kartı
🧾 Xidmət haqqı: Ödənişsiz
⏳ Müddət: Dərhal
📎 Qeyd: İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yeni quraşdırılmış sayğacın dəyəri qeyri-əhali abonentləri tərəfindən tam ödənilməli, sayğac zəmanət müddəti ərzində abonentin təqsiri olmadan istismara yararsız hala düşdükdə və bu səbəbdən dəyişdirildikdə sayğacın dəyişdirilməsi üçün ödəniş edilmir. Abonent tərəfindən quraşdırılmış sayğaclar zədələndikdə və ya digər qüsurlar aşkar edildikdə bununla bağlı xərclər abonent tərəfindən ödənilir. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yeni quraşdırılmış sayğac əhali abonentləri tərəfindən istismara yararsız hala salındıqda sayğacın dəyəri və dəyişdirilmə xərcləri abonent tərəfindən ödənilməlidir.
📞 “955” Çağrı Mərkəzi (7/24)

Digər