18-20 noyabr tarixlərində İri Şəhərlərin Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti əməkdaşları üçün Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Təlim və İnnovasiya Mərkəzində “Mexanika, energetika və avtomatika qurğularının istismarı ” mövzusunda nəzəri və təcrübi təlimlər keçirilib.
Təlimlərdə abonent sayğaclarının kolibrasiyası, montajı və texniki qulluğuna dair məsələlər müzakirə olunub.
Təlimlərin məqsədi əməkdaşların texniki hazırlığını gücləndirmək, suölçmə avadanlıqlarının düzgün istifadəsi sahəsində bilik və bacarıqların artırılmasıdır.
İştirakçılar Təlim və İnnovasiya Mərkəzində yaradılmış təcrübə poliqonunda sayğacların quraşdırılması, təmiri və istismarı ilə bağlı iş prosesləri ilə əyani tanış olublar.