Nərimanov rayonu, Şahin Mustafayev küçəsində (Zəfəran hospital) üzərində fərdi yaşayış eviləri tikildiyinə görə diametri 200 mm olan kanalizasiya sistemində yaranmış qəza səbəbindən bir müddət öncə diametri 300 mm olan 143 paqonometr yeni kanalizasiya xəttlərini tikintisi təmin edilib.
O cümlədən, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsində diametri 700 mm olan magistral su xəttinin üzərində fərdi yaşayış evləriniin inşası nəticəsində evlərin altında olan xətdə qəza yarandığından həmin xəttin 300 metrə yaxın hissəsi ləğv olunaraq müxtəlif diametrli yeni şəbəkə qurulub. 250-ə yaxın fərdi yaşayış evinin yeni şəbəkədən qidalandırılması və yeni sayğacların quraşdırılması təmin edilib.
Hər iki ərazinin əvvəlki vəziyyətə qaytarılması, asfalt örtüyünün bərpa edilməsi ilə əlaqədar müvafiq quruma müraciət olunub. Həmin qurum daxilində struktur dəyişikliyi baş verdiyinə görə müqavilənin yenilənməsi zərurəti yaranıb. Artıq sənədləşmə işləri yekunlaşıb. Müqavilələr yeniləndikdən sonra ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.
İri Şəhərlərin Su Təchizatı