ADSEA YAP-ın 33-cü ildönümünü qeyd etdi - Fəxri fərmanlar təqdim olundu

17 Noyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir təşkil edib.

Tədbir ADSEA əməkdaşlarının Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarəti ilə başlayıb. Ardınca dövlət himni səsləndirilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının tarixinə və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADSEA sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Mahir Süleymanlı və BDU-nun professoru, hüquq elmləri doktoru Zahid Cəfərov partiyanın ölkənin siyasi həyatında oynadığı roldan, dövlətçilik ənənələrinin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar.

Yeni Azərbaycan Partiyasının üzvü olan ADSEA əməkdaşlarından 7 nəfərə fəxri fərman təqdim olunub.

Digər