❓ Tez-tez verilən sual:
Su təchizatı sisteminə qanunsuz qoşulma halı aşkar edildikdə dəymiş ziyan hansı müddətə hesablanır?
✅ Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi Sudan İstifadə Qaydalarına uyğun olaraq 1 il müddətində hesablanır.