İri Şəhərlərin Birləşmiş Su Təchizatı Bakı Sukanal İdarəsinin (BSİ) təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin bir qrup müəllim və tələbələrinin Hövsan Aerasiya Stansiyasının iş mexanzmi ilə yaxından tanış olublar tədbiri keçirilib. Qonaqlar stansiyaya BSİ-nin texnoloqu İlqar Albalıyevin müşayəti ilə baxış keçiriblər.
Universitetdə tədris olunan səmt ixtisasları üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr, onları müşaiyət edən pedaqoji heyət, Əməyin mühfizəsi və Texniki təhlükəsizlik Qaydaları ilə təlimatlandırıldıqdan sonra “Aerasiya" stansiyasının sahələrinə baxış keçiriblər, tullantı sularının müasir emal proseslərinin mexaniki, kimyəvi və bioloji pillələri barədə məlumatlandırılıblar. Mütəxəssislər qonaqları maraqlandıran suallara cavab veriblər.