ADSEA Oğuz Qəbələ Bakı Su Təchizatı İdarəsində mülki müdafiə təlimi keçirib

05 Avqust, 2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2026-cı ilin Mülki müdafiə tədbirlər planına əsasən  Oğux Qəbələ Bakı Su Təchizatı İdarəsinin Su mənbələrinin İstismarı sahəsinin ərazisində “Fövqəladə halların qarşısının alınması zamanı MM orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda təlim keçirilib. 

Təlimə İdarənin mülki müdafiə üzrə rəhbər, komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti, həmçinin Qəbələ və Oğuz Su Melorasiya Sistemləri İstismarı idarələrinin mülki müdafiə üzrə qüvvə və vasitələri, uümümilikdə 60 nəfər və həmçinin 8 ədəd müxtəlif təyinatlı texnika, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin  yerli strukturun  əməkdaşları və nəqliyyat texnikası təlimə cəlb olunub.

ADSEA-nın Mülki müdafiə qərargahının rəis müavini, təlimin rəhbəri Cahangir Şərifov bildirib ki,  mülki müdfafiə təliminin keçirilməsində məqsəd vətəndaşların həyat və təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, rəhbər heyətin qərar qəbul etmək bacarığının və MM dəstələrinin qarşılıqlı fəaliyyətinin  təkmilləşdirilməsidir. 

Təlim prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin və dağıntılar altında qalanların axtarışı və xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqlar yerinə yetirib..

Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.

Digər