Mərkəzi laboratoriya

   6 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı iləAzərsuAçıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyasının yeni binasının açılışı olmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 11.08.2025-ci il tarixli F84 saylı müvafiq Əmrinə əsasən Mərkəzi və Regional Laboratoriyalar Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin strukturuna daxil edilmişdir.  Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su tullantı suları bölmələrindən ibarətdir. İçməli su tullantı suları bölmələrinin hər birində mikrobioloji fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları cihazları quraşdırılmışdır. Bu cihaz avadanlıqların köməyi ilə içməli su tullantı sularının fiziki-kimyəvi bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq etibarlı analizlər aparmaq mümkündür. Regionun ən müasir laboratoriyasında quraşdırılmış ICP- cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır digər metalların tam dəqiq, başqa sözlə, nano pikoqram dəqiqliklə miqdarı təyin olunur. Bu zaman məhlul 10 min dərəcə selsiyədək qızdırılır plazma halına salınaraq tərkibindəki metallar öyrənilir. Yeni alınmış yüksək həssaslıqlı maye qaz xromatoqraf cihazları kənd təsərrüfatında istifadə olunan kanserogen təsirə malik üzvi maddələrin sudakı qalıqlarını təyin edir. İnsan sağlamlığı üçün zərərli sayılan anion kationlar isə ion-xromatoqraf cihazında analiz edilir. TOC cihazında üzvi maddələrin tərkibində olan karbon öyrənilir. Laboratoriyanın mikrobioloji analizlər otağında təhlükəli bakteriyalar təyin olunur bu analizlər xüsusi bioloji qoruyucu kabinetlərdə aparılır.

   Laboratoriyanın tullantı suları bölməsində həm fiziki, həm kimyəvi analizlər aparılır. Burada sənaye müəssisələrində yaranan tullantı sularının çirklənmə səviyyəsini müəyyən etmək, təmizlənmiş tullantı sularının, həmçinin onların axıdıldığı hövzələrdə suyun tərkibini izləmək imkanları var. Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə şəraitdə analizlərin aparılması imkanları da təmin edilmişdir. Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır.

   Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri kəndlərdə su nümunələrinin toplanması işləri aparılaraq, laboratoriya binasında içməli su üzrə 69 sayda, tullantı su üzrə isə 59 sayda fiziki-kimyəvi və bakterioloji göstəriciləri üzrə analizlərin icrası mümkündür. Mərkəzi Laboratoriya 2014-2024-cü illərərdə beynəlxalq akkreditasiyadan keçirilməsi məqsədi ilə Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən, cari ildən isə Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən beynəlxalq standartlara uyğunluğu yoxlanılıb.