Abşeron və Sabunçu rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq

28 İyul, 2026 | 07:36

Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində 28.07.2026-cı il tarixi, səhər saatlarından 30.07.2026-cı il tarixi günorta saatlarınadək su təminatında fasilə yaranacaq.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.