Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq

24 Avqust, 2026 | 15:38

Diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.