Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq

15 Dekabr, 2025 | 19:58
 
Xətai rayonu ərazisindən keçən magistral su kəmərində 🗓️ 17 dekabr axşam saatlarında təmir-tikinti işlərinə başlanılacaq, bu səbəbdən rayonun bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
İşlərin 18 dekabr günorta saatlarında yekunlaşacağı planlaşdırılır və axşam saatlarından başlayaraq suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.