Naxçıvan şəhərinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq

03 Mart, 2026 | 11:32

Magistral xətdə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 5 mart tarixində Naxçıvan şəhərinin  bəzi ərazilərinin -- S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin  su təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi gün ərzində bərpa ediləcək
Anlayışla qarşıladıqlarına görə abonentlərə təşəkkürümüzü bildiririk.